Satış üzrə menecer – Əmrahlı Tamerlan

“Naftalan Wellness Travel” — Satış üzrə menecer

Əmrahlı Tamerlan Elnur oğlu 12 yanvar 2007-ci ildə Naftalan şəhərində anadan olmuşdur. İlk təhsilinə 2013-cü ildə Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə başlamış və orta təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.

Gənc yaşlarından hüquq və idarəetmə sahəsinə böyük maraq göstərən Tamerlan, 2024-cü ildə Ukraynanın ZİEİT (İqtisadiyyat və İnformasiya Texnologiyaları İnstitutu) Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur. Hal-hazırda həmin universitetin 3-cü kurs tələbəsidir. Qazandığı nəzəri hüquqi biliklər və analiz qabiliyyəti onun peşəkar fəaliyyətində uğurlu addımlar atmasına zəmin yaradır.

Hazırda “Naftalan Wellness Travel” şirkətində Satış üzrə menecer vəzifəsində çalışan Tamerlan Əmrahlı, Naftalanın müalicəvi turizm potensialının təbliği, müştərilərlə peşəkar münasibətlərin qurulması və yüksəkkeyfiyyətli xidmətin təşkili istiqamətində fəal fəaliyyət göstərir. Geniş dünyagörüşü, məsuliyyətli yanaşması və müştəri yönümlü iş prinsipi ilə şirkətimizin inkişafına öz dəyərli töhfəsini verir.